Venesuela sahilləri yaxınlığında 4,6 bal gücündə yeraltı təkan qeydə alınıb.
EDnews xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri ölkənin 3 milyondan çox əhalisi olan paytaxt Karakas şəhərindən 42 kilometr şimal istiqamətində yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.







