Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Astanada rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze strateji tərəfdaşlığın qurulmasına dair saziş imzalayıb.
EDnews xəbər verir ki, bu barədə Gürcüstanın "İmedi" telekanalı məlumat yayıb.
Qazaxıstan Prezidenti Gürcüstanı təcrübəli və etibarlı tərəfdaş adlandıraraq, strateji tərəfdaşlığın qurulmasını tarixi hadisə kimi qiymətləndirib.
.jpg)






