Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbi ləğv edilib.
EDnews xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Qanun “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsini nəzərdə tutur.
Sənədə əsasən, iki ölkənin diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələbindən azad ediləcəklər.
Qeyd edək ki, sözügedən saziş bu il mayın 4-də Ekvadorun paytaxtı Kito şəhərində imzalanıb.
.jpg)







