Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırıldı

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırıldı

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

EDnews xəbər verir ki, Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin strukturu” təsdiq edilib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərmanla “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Fərmana əsasən, səlahiyyətli nümayəndəliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları var.

Səlahiyyətli nümayəndəliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Fərmana görə, Səlahiyyətli nümayəndə aşağıdakı məsələlər barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verəcək:

- Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (bundan sonra – Ali Məclis) Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması;

- Ali Məclisin növbədənkənar sessiyasının çağırılması, habelə Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsi;

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üçün əlavə səlahiyyətlərin müəyyən edilməsi;

- bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təkmilləşdirilməsi;

aşağıdakı məsələlərə dair Ali Məclis sədrinin təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi ilə bağlı tədbirlər görmək:

- Ali Məclisə seçkilərin təyin edilməsi;

- Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsi;

- Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltifetmə;

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, tabelikdə olmayan publik hüquqi şəxslərinin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərinin rəhbərlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazirinə razılıq verilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılan hallar istisna olmaqla, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və tabelikdə olmayan publik hüquqi şəxslərinin Naxçıvan Muxtar Respublikasındakı struktur bölmələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
aşağıdakı məsələlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək:

- Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatının Ali Məclisin sədrinə təqdim edilməsi;

- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının yaradılmasına və ləğv edilməsinə dair, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefasına dair Azərbaycan Respublikası Prezidentinin razılığının alınması;

- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması;

- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə dair Naxçıvan Muxtar Respublikasının Baş nazirinə təkliflər verilməsi;

- müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Ali Məclis sədrinin təqdimatının Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;

- Ali Məclisin növbədənkənar sessiyasının çağırılmasına dair Azərbaycan Respublikası Prezidentinin tələbinin Ali Məclisə təqdim edilməsi;

- Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin təklifinin Ali Məclisə təqdim edilməsi;

müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər səlahiyyətlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;

Bu Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minir.

Xəbər xətti

Dünya Bankı Bakıya 410 milyon dollar ayırmağı planlaşdırır
21:19
WhatsApp istifadəçilərinin DİQQƏTİNƏ! NÖMRƏLƏRDƏN İSTİFADƏ DAYANDIRILIR
20:49
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
20:34
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
20:24
Milli Müdafiə Universiteti “Zabit hazırlığı kursu”na qəbul elan edib
20:14
Fransa və Oman Yaxın Şərqdə gərginliyin azaldılması üçün əməkdaşlıq edəcək – MAKRON
19:55
Mehriban Əliyeva: Dövlət təhlükəsizliyində süni intellekt ön plandadır
19:52
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTOLAR
19:44
Aysəba Umutlu 16-cı Sosial Biznes Günü konfransında Azərbaycanın mina problemindən danışdı - FOTOLAR
19:34
Qazaxıstan və Gürcüstan arasında saziş imzalanıb
19:12
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:42
Ukrayna ordusu sursat anbarını və idarəetmə məntəqələrini vurub
18:22
Cahangir Novruzov: "Türkiyədə bir çox insanın Azərbaycanı yetərincə tanımaması mənə qəribə gəlirdi"
18:02
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: "Türkologiyanın inkişafı üçün yeni təşəbbüslər vacibdir"
17:35
ADY-dən yay mövsümü ilə bağlı sərnişinlərə VACİB XƏBƏR
17:20
Mixail Qaluzin "Tramp marşrutu"ndan danışdı: Bu ölkələr razı qalmayacaq
17:12
Türkologiya qurultayından çağırış: Türk dünyası daha sıx birləşməlidir
17:00
TƏCİLİ! Nazir QƏRAR İMZALADI: Məktəblərdə şagirdlərə növbəti qadağa
16:47
Venesuela YENİDƏN SİLKƏLƏNDİ: DAHA BİR ZƏLZƏLƏ
16:46
İsrailin qondarma “erməni soyqırımı” qərarından Ermənistan necə istifadə edəcək?
16:41
Almaniyada silahlı insident 5 nəfərin ölümünə səbəb oldu
16:40
İyulun hava proqnozu açıqlandı
16:35
Tramp neft qiymətlərinin düşməsini İranla razılaşma ilə əlaqələndirib
16:26
"İsrailin qondarma “erməni soyqırımı” qərarı Cənubi Qafqazda sabitliyi poza bilər" - RƏY
16:20
22 yaşlı repçiyə edam cəzası verildi
15:55
Donald Tramp Dohada İranla bağlı görüşün keçiriləcəyini bildirib
15:49
Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçıları Fəxri xiyabanı ziyarət etdi
15:27
Yeniyetmənin meyiti evdə tapıldı
15:18
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırıldı
15:12
Metroda yay qrafikinə keçilir
15:06
Azərbaycanla bu ölkə arasında VİZA LƏĞV OLUNUR
14:58
İran və ABŞ arasında texniki görüş bu həftə keçirilməyəcək
14:43
Kadir İnanırun SON VƏSİYYƏTİ AÇIQLANDI: Bütün orqanlarını...
14:32
"Demokratiya TV"nin rəhbəri HƏBS OLUNDU
14:17
Qırğızıstan naziri: "Türk Dünyası Həftəsi əməkdaşlığı gücləndirəcək"
14:13
Gürcüstana səfər etməyi planlaşdıranlara XƏBƏRDARLIQ
14:00
"Onların bir çoxu Türkoloji Qurultayda iştirakına görə ağır cəzalar almışdı" - Millət vəkili
13:56
Rusiyadan Dneprə raket hücumu: ÖLƏNLƏR VAR
13:34
TÜRKSOY-un Baş Katibi: "2026-cı il türk dili və türk dünyası üçün qızıl dövrün başlanğıcı olmalıdır"
13:24
İranın dondurulmuş aktivlərindən 6 milyard dollar blokdan çıxarılıb
13:12
TDT ölkələri dini qurumlarının rəhbərləri Fəxri xiyabanda və Zəfər abidəsində - FOTOLAR
13:02
11 mindən çox sürücü CƏRİMƏLƏNDİ
12:57
İyunun son gününün HAVASI AÇIQLANDI
12:50
Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbiri keçirilir - YENİLƏNDİ - VİDEO
12:43
Sabir Rüstəmxanlı: "Türk xalqlarının keçmişi ilə bağlı faktlar müxtəlif dövrlərdə təhrif olunub"
12:31
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edildi
12:20
Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlıqla bağlı bəyanat imzalayacaqlar
12:15
Adil Kərimli: "Həmin ideya bu gün də Türk dünyasını birləşdirir"
12:09
Qırğızıstan Prezidenti: "Birinci Türkoloji Qurultayın irsi aktuallığını qoruyur"
12:01
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinə mühüm töhfə verir
11:50
Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay yeni bir dövrün başlanğıcıdır"
11:43
Avropa "yanır": Anomal istilər səbəbindən 1300-dən çox insan ölüb
11:35
Liderlər “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanladı
11:18
Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı
11:15
İlham Əliyev Türkoloji Qurultayın 100 illiyindən danışdı
11:07
Bakıda ağaclar dərmanlandı - FOTOLAR
11:04
Prezident Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçılarına müraciət ünvanladı
10:57
“Türk Dünyası Həftəsi”ndə rəsmilərdən SƏMİMİ FOTO
10:51
13 yaşlı məktəbli qız 4 gün ərzində kütləvi təcavüzə məruz qalıb
10:39
Azərbaycan XİN-dən İsrail hökumətinin "Erməni soyqırımı" QƏRARINA CAVAB
10:20
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR