"Aradan 100 il keçib və həmin tarixi qurultayın davamçıları, yeni nəsil türkologiya mütəxəssisləri yenidən bir araya gəliblər".
TÜRKSOY-un Baş Katibi Sultan Raev bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirdə EDnews-a danışarkən bildirib.
"Düşünürəm ki, 2026-cı il türk dili və türk dünyası üçün qızıl dövrün başlanğıcı olmalıdır. Biz hamımız bizi birləşdirən ortaq dilimiz ətrafında birləşməliyik. Hər bir xalqın özünəməxsus mədəniyyəti var, lakin türk xalqlarını bir-birinə yaxınlaşdıran, onları birləşdirən ən mühüm dəyərlərdən biri dilimizdir. Türk dilləri bir-birinə çox yaxındır və bu, bizim üçün böyük üstünlükdür. Ona görə də türk dilinin inkişafına, dünyada daha geniş tanıdılmasına hər birimiz töhfə verməliyik. Mən arzu edirəm ki, türk dili gələcəkdə dünya dillərindən birinə, hətta Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən birinə çevrilsin",- deyə o əlavə edib.
.jpg)







