"Qazaxıstanda da bu sahə ilə bağlı müəyyən işlər görülür. Rusiyada da türkologiya istiqamətində fəaliyyətlər mövcuddur".
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bunu Heydər Əliyev Mərkəzində keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirdə EDnews-a açıqlamasında bildirib.
"Qeyd etmək istəyirəm ki, Türk Mədəniyyəti və İrsi Fondu Bakıda yerləşir. Bizim ofisimiz Bakıda fəaliyyət göstərir. İstərdim ki, 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultayın əhəmiyyəti xüsusi vurğulansın. Həmin qurultay türk dünyasında dil, mədəniyyət və elmi əlaqələrin inkişafı baxımından mühüm tarixi hadisə idi. Bu gün də türkologiyanın inkişafı, türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsi vacibdir", - deyə o diqqətə çatdırıb.
.jpg)






