ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Qətərin paytaxtı Dohada İranla bağlı görüşün keçiriləcəyini açıqlayıb.
EDnews xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni danışıqların keçiriləcəyini bildirib.
Trampın sözlərinə görə, görüş çərşənbə axşamı Qətərin paytaxtı Dohada baş tutacaq.
ABŞ lideri bu barədə özünün Truth Social sosial media platformasında paylaşım edib.
“İran görüş tələb edib. Görüş sabah Dohada keçiriləcək”, – deyə Tramp yazıb.
Məlumata görə, görüşün ABŞ və İran arasında son dövrdə artan gərginlik fonunda baş tutacağı gözlənilir.
Danışıqların gündəliyi və tərəflərin görüşdə hansı səviyyədə təmsil olunacağı barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Doha son illərdə Yaxın Şərqlə bağlı bir sıra həssas diplomatik danışıqlara ev sahibliyi edib.
.jpg)







