"Azərbaycan Birinci Türkoloji Qurultayın zəngin irsinə daim xüsusi diqqət və böyük ehtiramla yanaşır".
EDnews xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı səsləndirib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı əsasında bu əlamətdar yubiley dövlət səviyyəsində qeyd olunur. Bu yanaşma Azərbaycanın Türk dünyasının ortaq elmi, mədəni və mənəvi irsinə verdiyi yüksək dəyərin bariz göstəricisidir".
Nazir bildirib ki, bu tədbir yalnız bir yubileyin qeyd olunması deyil, həm də yüz il əvvəl Bakıda təməli qoyulan böyük bir ideyanın, ortaq mədəniyyət, elmi əməkdaşlıq və mənəvi birliyin bir əsrlik yoluna verilən dəyərin ifadəsidir.
O qeyd edib ki, keçiriləcək görüş və müzakirələrin yeni elmi baxışların formalaşmasına, yeni ideyaların yaranmasına və Türk dünyası arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanır.
.jpg)







