Təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağan olunub.
EDnews xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.
Qərara görə, təhsilalanlar tərəfindən məktəbə gətirilən mobil və digər elektron cihazlar dərs (məşğələ) başa çatanadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.
Qeyd edək ki, qərarın icrasına nəzarət nazir müavini Həsən Həsənliyə tapşırılıb.

.jpg)




