Gürcüstan və Qazaxıstan nümayəndələri Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Astanaya səfəri zamanı strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalayacaqlar.
EDnews xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Facebook"da məlumat verib.
Boçorişvilinin sözlərinə görə, bu, ölkələr arasında uzun illərdir mövcud olan sıx əməkdaşlığın "məntiqi davamı" olacaq və ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq.







