"Son proseslər Ermənistan üzərindən həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin perspektivlərini qeyri-müəyyən edib".
EDnews Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, layihənin uğurlu icrası yalnız Rusiyanın iştirakı ilə mümkün ola bilər. Qaluzin hesab edir ki, İran və Çin marşrut üzərində ABŞ-nin nəzarətindən razı qalmayacaqlar.
Rusiya rəsmisi qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra rəsmi Tehranın ABŞ-nin ölkənin şimal sərhədində mövcudluğunu müsbət qarşılaması inandırıcı görünmür.
Qaluzin əlavə edib ki, "Tramp marşrutu"nun Ermənistandakı hissəsinin Rusiya sərhədçilərinin mühafizə etdiyi ərazidən keçməsi planlaşdırılır. Bu səbəbdən layihə ilə bağlı qərarlar qəbul edilərkən Rusiyanın və Avrasiya İqtisadi Birliyinin mövqeyinin də nəzərə alınması vacibdir.







