"Son 20 ildə turizmin Ümumi daxili məhsuldakı (ÜDM) payı 0,7 faizdən 3,3 faizə yüksəlib.
Ednews xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm Sənayesi Subyektlərinin Forumunda deyib.
Göydəniz Qəhrəmanovun sözlərinə görə turizm sahəsində muzdla çalışan işçilərin sayı 6,5 dəfə, cəmi məşğulluq isə 4,1 dəfə artıb".