Azərbaycan COP29-a necə hazırlaşır? - Laszlo Vasa ilə ÖZƏL

İqtisadiyyat 17:40 14.02.2024

COP29-a ev sahibliyi edəcək Bakıda bir sıra infrastruktur layihələr həyata keçirilib.

Bu günə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı şəhərində yaşayış yerləri, yolların salınması və rahat kommunikasiya üzrə ciddi işlər aparılıb. 

Bəs, COP29 üçün nəzərdə tutulan layihələr hansılardır?

Məsələ ilə bağlı Ednews-a danışan Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru, Laszlo Vasa bildirib ki, bu layihə Azərbaycan üçün yeni imkanlar yaradacaq:

“COP29 Azərbaycan üçün həm qlobal professionallıq, həm də akademik sahələrdə dünyanın diqqətini özünə çəkmək üçün möhtəşəm fürsətdir. Bununla yanaşı, layihə həm də Azərbaycanın şəhərsalma, sosial və iqtisadi xüsusiyyətlərini qlobal təşkilatlara nümayiş etdirmək şansı yaradır. 

Son 30 ildə Bakı heyrətamiz yeniliklərə nail olub. Bütün bunlar sistematik şəkildə düşünülmüş və həyata keçirilmiş, iqtisadiyyatın düzgün bölüşdürülməsi ilə meydana gələn proseslərdən ibarət olub”. 

Ekspert həmçinin qeyd edib ki, COP29 zamanı Qarabağın Yaşıl Enerji potensialı xarici dövlətlərə daha çox tanıdılmalıdır.

“Böyük səviyyəli inkişaflar heç vaxt qısa zaman ərzində nərəzə çarpmır. Sadəcə olaraq, hazırda üzərində işlər aparılan məsələlər daha da sürətləndirilə bilər. Şəhərdə nəqliyyatın axıcılığı və çevikliyinin bərpa edilməsi yönündə fəaliyyət aparıla bilər. Məsələn, Bakıda yeni çoxlu sayda avtobuslar fəaliyyətə başlamalıdır. Əlavə olaraq, marşrutlar arasındakı vaxt müddəti azaldılmalı və dəqiq marşrut cədvəli yaradılmalıdır. Xarici ölkəyə səfər edənlər çox vaxt yollarda boşa itirilmiş vaxta görə şikayətlənirlər.

Böyük şəhərlərdən Bakıya birbaşa uçuşun olması həyati əhəmiyyət daşıyır. Transferlə uçuşlar bir çoxları üçün cəlbedici gəlmir.  Gələn qonaqlar üçün otellərin lazımi standartlarda fəaliyyət göstərməlidir. Bu hər bir ölkəyə gələn turistlərin ən çox fikir verdiyi faktordur. 

Təbii ki, insanların ölkəyə gəlişi turizmin inkişaf etməsinə təsir edəcək. Ölkəyə gələnlərin diqqətini fərqli attraksionlarla çəkmək və yeni sənaye sahələri bu yolla yadellilərə tanıtmaq dəyərli bir fürsətdir. Misal üçün, xaricilərə Azərbaycanda aparılan Yaşıl Sənaye sahələrinin tanıdılması və eləcə də Qarabağda alternativ enerji, ağıllı şəhər layihələrinin nümayiş edilməsi önəmlidir”.

Fərid

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

World Boxing-dən Məcburi Gender Testi Qərarı: İdmanda Yeni Mübahisə
13:07 31.05.2025
Simonyanın “300 min azərbaycanlı” açıqlaması Ermənistanda narahatlıq doğurub
13:01 31.05.2025
Bakı-Vaşinqton təmasları intensivləşir: ABŞ Azərbaycanın strateji rolunu tanıyır
12:55 31.05.2025
“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
"Əmək bazarında fundamental dəyişikliklər baş verir"
10:08 30.05.2025
Azərbaycan və Pakistan ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
09:30 30.05.2025
Rusiya Zaporojyedə hava hücumları həyata keçirdi
09:15 30.05.2025
Pakistan-Əfqanıstan sərhədində qanlı toqquşma baş verib
08:58 30.05.2025
Azərbaycan Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir
08:56 30.05.2025
HƏMAS ABŞ-ın atəşkəs planını rədd etdi: "Əsas tələblərimiz yerinə yetirilmir"
08:32 30.05.2025
Di Mariya doğma klubuna qayıtdı
08:21 30.05.2025
Baydenin əvəzinə ABŞ-ni kim idarə edib? - Hökumət araşdırma aparır
08:03 30.05.2025
Hamısı