Prezident seçkisi ilə bağlı səsvermənin bitməsinə iki saat qalmasına baxmayaraq seçki məntəqələrində seçici fəallığı müşahidə olunur.
Ednews xəbər verir ki, BAMF-ın müşahidəçi komandası 31 dairədə səsvermə prosesini izləyir. Saat 16:00-dan sonra aktivlik artıb və respublika üzrə seçici fəallığı 60 faizi üstələyib.
Ümumilikdə 6 milyon 478 min 840 nəfər səsvermə hüququna malik seçici qeydə alınıb. Növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib.
BAMF 21 fərqli şəhər (rayon) olmaqla 31 dairədə öz müşahidəçilik missiyasını yerinə yetirir. Burada paytaxt Bakı ilə yanaşı Xankəndi, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Samux, Beyləqan, Kürdəmir, Hacıqabul, Xırdalan və Sumqayıt kimi böyük şəhərlərimiz də vardır.
Qeyd edək ki, seçkilər saat 19:00-da başa çatacaq.
Oğuz