Rusiyaya tətbiq edilən sanksiyaların ləğvi Ermənistan iqtisadiyyatına necə təsir edəcək?

Analitika 10:16 28.02.2025

Ukrayna-Rusiya müharibəsi başlayandan Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar Ermənistan üçün əlavə gəlir mənbəyinə çevrilib. Məsələn, təkcə 2023-cü ilin yanvar-sentyabr aylarında Ermənistandan Rusiyaya ixracda 85% artımın 80%-i təkrar ixrac, yəni reeksport hesabına əldə edilib. Bunu hətta Ermənistanın maliyyə nazirinin müavini Vaan Sirunyan da etiraf edib. Ukraynadakı münaqişə səbəbindən Rusiyadan Ermənistana əhali və kapital axını davam edir. Elə 2023-cü ilin avqust ayının əvvəlində Rusiya Xarici İşlər Nazirliyi yanvar-may aylarında Ermənistanla ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% artdığını bildirib.

Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə də iki ölkə arasında ticarət dövriyyəsi 96 faiz artımla yadda qalıb və 140 milyard rubla çatıb. 2024-cü ilin ilk 10 ayında da iki ölkə arasında ticarət dövriyyəsi iki dəfə artaraq 10.2 milyard dollara çatıb.

Amma ABŞ-də yanvar ayının 20-dən səlahiyyətlərinin icrasına başlayan Donald Trampın Kreml ilə münasibətləri normallaşdırmaq və Ukrayna münaqişəsini bitirmək cəhdi Ermənistanı bu “piroq”dan məhrum edə bilər.

 Qeyd edək ki, 18 fevral tarixində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində son bir neçə il ərzində ilk dəfə olaraq rəsmi Rusiya-ABŞ danışıqları baş tutub. 4.5 saat davam edən danışıqlarda Moskvanı XİN başçısı Sergey Lavrov, Vaşinqtonu isə dövlət katibi Marko Rubio təmsil edib. Ekspertlər danışıqları konstruktiv qiymətləndirib və bunun final danışıqlar olmadığını, yaxın vaxtlarda bir neçə görüşün keçiriləcəyini qeyd ediblər. Bununla yanaşı, danışıqlardan sonra verilən yazılı və şifahi açıqlamalar tərəflərin pozitiv notuna işarə edir. Rusiya tərəfi əsasən sanksiyalarla bağlı israr edir ki, Avropa İttifaqı da bir sıra qadağaları ləğv etsin. Bu sanksiyaların ləğvi isə iri miqyaslı paralel idxalın yox olması ilə nəticələnəcək.

Bu isə sözün əsl mənasında Ermənistan iqtisadiyyatının çöküşü ilə nəticələnə bilər. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyaya qarşı sanksiyalar Ermənistan üçün əsl “qızıl yağış”ına çevrilmişdi. Reeksport, boz sxemlər və arxa qapılarla təchizat marşrutları vasitəsilə ölkəyə böyük məbləğdə pullar daxil olurdu. Logistika, bankçılıq, ticarət – bütün bunlar birdən-birə yüksəliş dövrünə qədəm qoydu, çünki Ermənistan sanksiyalara məruz qalan malların daşınması bazasına çevrildi.

Sanksiyaların ləğvi isə reeksportun çökməsi ilə nəticələnəcək. Bu zaman bu işdən külli miqdarda pul qazanan şirkətlər ya bağlanacaq, ya da müflis olacaq. Bu, yeni işsizlər ordusunun yaranması deməkdir. Eyni zamanda hazırda Ermənistandan boşluq kimi istifadə edən Rusiya biznesi geri dönəcək və bir sıra obyektlər bağlanacaq, ixtisarlar olacaq. Milyardlarla dövriyyəni həll edən bank sektoru lazımsız olacaq və çöküşə doğru hərəkət edəcək. Bu sxem vasitəsilə büdcəyə ödənilən vergilər yoxa çıxacaq. Bu isə büdcə gəlirlərinin kəskin şəkildə azalması deməkdir. Onsuz da az qala hər ay borc alan erməni dövləti bu azalmanın qarşısını almaq, yerini doldurmaq üçün heç bir üsul tapa bilməyəcək. Nəticə daha çox borclanma və sosial problemlərin artımı deməkdir. Paşinyan hökuməti real iqtisadiyyatı inkişaf etdirmək əvəzinə, gözünü müvəqqəti gəlirə dikdiyi üçün acı nəticələrinə də hazır olmalıdır.

 Bu səbəbdən də ehtimal etmək olar ki, 2025-ci ildə Ermənistan iqtisadiyyatı üçün çətin keçəcək. Məsələn, adi maliyyə dinamikasının analizi göstərir ki, artıq Rusiyadan Ermənistana göndərilən pul kütləsində azalma müşahidə edilir. Əgər 2022-ci ildə bu rəqəm 2.7 milyard dollar idisə, 2024-cü ildə artıq 1.5 milyard dollar təşkil edib. Beləliklə, dramın bahalaşmasına və bank sisteminin rentabelliyinin artmasına səbəb olan böyük kapital axını indi tənəzzülü yaşayır. Üstəlik, mənfi tendensiyalar 1,5 il əvvəl, 2023-cü ilin ortalarında başlayıb. Son il yarım ərzində Rusiya ilə ticarət əsasən təkrar ixrac, xüsusilə qızıl və qiymətli daşlar hesabına dəstəklənib. Təkcə 2022-ci ildə Ermənistan iqtisadiyyatının artımının böyük hissəsi bank sektoru, yəni Rusiyadan pul köçürmələri hesabına reallaşıb. Sözügedən ildən Ermənistana axan rus pulu yenidən Rusiyaya qayıtmağa başlayıb. Eyni zamanda 2024-cü ildə Ermənistandan Birləşmiş Ərəb Əmirliklərinə ixracda 15 faiz azalma müşahidə edilib. Söhbət Rusiyadan qiymətli daş-qaş və qızılın alınaraq erməni dövləti vasitəsilə reeksportundan gedir.

Ermənistanın reeksportdan qazancı təkcə qızıl və brilliantla məhdudlaşmır. Məlum olub ki, Ukrayna-Rusiya münaqişəsi fonunda  ABŞ və Aİ istehsalı olan snayper tüfəngləri də alınaraq, Şimala tədarük edilib. “The İnsider”in məlumatına görə, əgər 2019-cu ildə İtaliyadan 68 snayper tüfəngi alınmışdısa, 2023-cü ildə bu rəqəm 1862-ə qədər artıb.

Qeyd edək ki, 2022-ci ildən Ermənistan RF-yə Avropa və ABŞ istehsalı olan mobil telefon, məişət texnikası, avtomobil və digər məhsulları tədarük edir. 2022-ci ilin fevralından, yəni Rusiya-Ukrayna müharibəsi başlayandan, Qərbin Rusiya Federasiyası ilə iqtisadi əlaqələrini kəsdiyi və ya məhdudlaşdırdığı vaxtdan Ermənistan bir sıra malların təkrar ixracı üçün tranzit ölkəyə çevrilib. 2023-cü ildə Ermənistandan ümumi dəyəri 535 milyon dollar olan 1,7 milyona yaxın mobil telefon ixrac edilib. Bu mallar əsasən Vyetnamdan gətirilir və Rusiyaya ixrac edilir. Təkrar ixrac nəticəsində avadanlıq alveri ilə məşğul olan bəzi şirkətlər ölkənin ən böyük vergi ödəyiciləri siyahısında mövqelərini kəskin yaxşılaşdırıblar. 2023-cü ildə Ermənistanın ən çox ixrac etdiyi məhsullar onluğuna zərgərlik məmulatları, avtomobillər, mis, siqaret, konyak, ferromolibden və televizorlar daxildir.

Bu reeksport rəqəmlərdə də özünü göstərir və son dövrlər Aİ ölkələri ilə ticarət həcmində azalma müşahidə edilib. 2024-cü ilin eyni 11 ayı ərzində Ermənistanın Aİ ölkələri ilə xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1% azalaraq 2 113 425,8 min dollar təşkil edib.

 Qısası, Paşinyan hökumətinin iqtisadi artım adı altında xalqa sırıdığı sabun köpüyü artıq partlamaq üzrədir. 2025-ci ildə Rusiya-ABŞ yaxınlaşması fonunda Ermənistanın ixrac dəyərlərində ciddi azalma müşahidə ediləcək.  Artıq ilk işartılar özünü büruzə verib. Məsələn, 2024-cü ilin mart ayına qızılın təkrar ixracı ilə bağlı olan rəqəmlər 1.4 milyard dollar idisə, noyabr ayında bu göstərici 110 milyon dollar təşkil edib. Ayrı-ayrı komponentlər üzrə iqtisadi artımdan danışsaq, sənaye 4,7% artıb. Sənayenin tərkib hissələrinə nəzər salsaq, bu artım təxminən 95% qızıl hasilatı hesabına baş verib. Yəni, bu, əsasən qızılın Rusiyadan Ermənistan vasitəsilə başqa ölkələrə təkrar ixracı ilə bağlı idi. Artım 2023-cü ilin noyabrında başladı və təxminən 2024-cü ilin ortalarına qədər davam etdi. 2024-cü ilin mart ayında sənaye artımı 31%-ə çatıb. Lakin son aylarda artım səngiyib və ötən ilin noyabr və dekabr aylarında artım mənfi olub, yəni azalma olub. 2024-cü ilin statistikası göstərir ki, Ermənistan iqtisadiyyatında sənaye istehsalının payı cüzidir və o, əsasən ticarət (ümumi iqtisadi fəaliyyətin 44%-i) və xidmətlər (24%) hesabına yaşayır ki, bu da 17% artıb.

Yəni ticarət və xidmətlər birlikdə Ermənistan iqtisadiyyatının 68%-ni təşkil edir. 2017-ci ildə iqtisadi aktivlik indeksində ticarətin xüsusi çəkisi 37% təşkil edirdisə, bu gün bu rəqəm 44%-ə yüksəlib. Üstəlik, əgər 2017-ci ildə kənd təsərrüfatının payı 12,9%-ə çatıbsa, 2023-cü ildə bu, 7,4%, 2024-cü ildə isə ondan da az - 6,6% olub. Ötən il kənd təsərrüfatı sektoru cəmi 1,6% artıb, bu sektorda faktiki olaraq artım olmayıb, hətta bəzi aylarda azalma müşahidə olunub. Yəni, Ermənistan iqtisadiyyatının gələcək artım trayektoriyasını müsbət adlandırmaq olmaz, gözlənilən tənəzzülün əlamətləri var və bunlara çox ciddi yanaşmaq lazımdır.

Görünən isə odur ki, Paşinyan hökumətinin başı “daha ciddi” məsələlərə qarışıb. Ölkə iqtisadiyyatının məhvinin qarşısını almaq əvəzinə, hakim komanda 2026-cı il seçkilərində qələbə qazanmaq üçün planlar qurur, siyasətçiləri təqib edir, real rəqibləri sıradan çıxarmaq üçün var qüvvəsi ilə çalışır. Vaxt isə gedir və bu vaxt Ermənistan iqtisadiyyatının əleyhinə işləyir.

Müəllif: Kamil Məmmədov

Mənbə: Report.az

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar
12:07 18.04.2025
Milli Observatoriya beynəlxalq mükafata layiq görülüb
11:59 18.04.2025
OpenAI şirkətinin yeni sosial media platforması X-ə rəqib olacaq
11:54 18.04.2025
Sabah Yer Günü ilə bağlı festival keçiriləcək
11:40 18.04.2025
Polşa nüvə silahına sahib olmaq istəyir
11:32 18.04.2025
Azərbaycanda Milli Etalon Vaxtı yaradılır
11:24 18.04.2025
Cənubi Koreya KXDR-lə sərhəd yaxınlığında gecə təlimləri keçirib
11:20 18.04.2025
Yağıntıların vurduğu zərərin məbləği açıqlandı
11:17 18.04.2025
İRS jurnalının ərəb dilində yeni nömrəsi işıq üzü görüb
11:13 18.04.2025
Minskdə azərbaycanlı qəhrəmanlara həsr olunmuş anım tədbiri keçirilib
11:10 18.04.2025
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
11:05 18.04.2025
Kolumbiyada neft kəməri partladılıb
11:02 18.04.2025
Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib
10:58 18.04.2025
Dünyanın ən dözümlü mühərrikli maşınları açıqlandı - Hyundai, Kia siyahıda yoxdur
10:55 18.04.2025
Bakının üç rayonunda qaz olmayacaq
10:50 18.04.2025
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib
10:43 18.04.2025
Pandemiyalar haqqında tarixi saziş imzalanıb
10:38 18.04.2025
Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub
10:35 18.04.2025
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb
10:32 18.04.2025
"Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb"
10:27 18.04.2025
1300 il əvvələ aid xəzinə tapıldı
10:25 18.04.2025
İspaniya ÇL-də 5 klubla təmsil olunacaq
10:22 18.04.2025
Rusiya Xarkova ballistik raketlə zərbə endirib
10:17 18.04.2025
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
10:12 18.04.2025
ABŞ vətəndaşı Belizdə təyyarəni ələ keçirməyə cəhd edib
10:08 18.04.2025
İranda hərbi parad keçirilib
09:58 18.04.2025
Kolumbiyada üsyançılar terror aktları törədib
09:52 18.04.2025
Ərdoğan Türkiyə - Azərbaycan təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiqləyib
06:46 18.04.2025
Başlıbel qətliamından 32 il ötür
00:01 18.04.2025
Dünya Nizamı Necə Dəyişir? III Hissə: Texnoloji İnqilablar və Yeni Dövrün Mühitləri
17:38 17.04.2025
Azərbaycanın Geosiyasi Imperativləri: Regiondakı Strateji Gücün Yeni Tərifi II Hissə: Azərbaycanın Strateji İnteqrasiyası və Qlobal Təsiri
14:03 17.04.2025
Meksika ABŞ-a diplomatik nota göndərib
12:29 17.04.2025
Səudiyyə Ərəbistanının müdafiə naziri İrana gedəcək
12:21 17.04.2025
Çayların həcmində artım davam edir
12:14 17.04.2025
Cənubi Koreya dronları uzaqdan aşkarlayacaq radar sistemini sınaqdan keçirib
12:10 17.04.2025
Ceyhun Bayramov Sloveniya XİN başçısını qarşılayıb
12:06 17.04.2025
“Time” 2025-ci ilin 100 nüfuzlu insanının siyahısını təqdim edib
12:02 17.04.2025
Azərbaycan təbii qaz ixracını 20 %-ə yaxın artırıb
11:59 17.04.2025
Fələstinin İsrail Həbsxanalarındakı Ağrısı: 10000 Məhbus
11:57 17.04.2025
Qırğızıstanın keçmiş prezidentinə hökm oxundu
11:51 17.04.2025
Hamısı