Tofiq Abbasovdan ETİRAZ: "Rusiyanın Xankəndidə konsulluq açmasına ehtiyac yoxdur"

Müsahibələr 09:30 31.05.2024

“Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi ilk növbədə, siyasi konyukturadan irəli gələn bir istəkdir”.

Bu fikirləri Ednews-a açıqlamasında politoloq Tofiq Abbasov Rusiyanın Xankəndidə konsulluq açmasından danışarkən deyib.

Politoloq əlavə edib ki, Rusiya bu istəyiylə demək istəyir ki, onlar Qafqaz bölgəsindən əl çəkməyəcəklər:

“Faktiki olaraq, Rusiya bu gedişlə demək istəyir ki, Qafqaz bölgəsindən heç vaxt uzaqlaşmayacaq. Çünki indi bu xarici mətbuatda bu tip fikirlər səslənir, tirajlanır. Guya ki, Rusiya Qafqazdakı mövqelərini tərk edir və onları Türkiyə əvəzləyəcək. Amma, əslində Türkiyə istəyir ki, Rusiyaya bildirisin ki, onun belə niyyətləri yoxdur. Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, Qərblə qarşıdurmalı bir vəziyyətdir. Yeni müharibələrin meydana gəlməsi məsələsi predmeti gündəmə gəlir. Əlbəttə ki, Rusiya əgər Qafqazdan uzaqlaşarsa, onların arxayındır ki, burada Azərbaycan var. Biz heç vaxt Rusiyanı aldatmamışıq. Onlarla həmişə mərdi-mərdanə davranırıq. Digər tərəfdən, tələb edirik ki, bərabərhüquqluluq prinsipi bizim münasibətlərimizdə öz əksini tapsın. Nəhayət, Türkiyə amili də burada var. 

Türkiyə də Rusiya qarşı riyakarlıq, satqınlıq nümayiş etdirməyib. Əksinə, Türkiyə belə yanaşmaların hamısını inkar edib. Odur ki, burada arxayınlıq var, həm də Rusiya istəyir ki, zəif oyun göstərdiyi halda özünün istəklərini reallaşdırsın. Formal olaraq bu istəklər onunla bağlıdır ki, Rusiyayla bizim diplomatik münasibətlərimizdə uyğunsuzluq var. Proporsiyanın pozulması müşahidə edilir. Səhv etmirəmsə, Azərbaycanın Rusiyada ən azı üç səfirlik konsulluq missiyası var. Rusiyanın isə bir dənədir, o da Bakı şəhərindədir. Amma o ki qaldı Xankəndidə konsulluq missiyasının açılmasına. Buna ehtiyac yoxdur. Çünki burada Rusiya əslli vətəndaşlar yaşamır, həmçinin Rusiyanın işgüzar dairələri orada təmsil olunmayıb. Bəlkə Qarabağın bərpa edilməsində, yenidən dirçəldilməsində Rusiyanın şirkətləri iştirak edə bilər. Onlar bütün bu ehtimalları əsas götürərək Xankəndidə konsulluq açmaq istəyirlər. 

Siyasi şərhçi hesab edir ki, Rusiyanın Xankəndidə diplomatik konsulluq açmasına ehtiyac yoxdur:

“Mən hesab edirəm ki, bu cür diplomatik missiyanın açılmasına ehtiyac yoxdur. Birincisi Azərbaycan Rusiya kimi nəhəng dövlət deyil, Bakıda olan konsulluq demək olar ki, bütün ehtiyacları ödəyir. Rus əslli vətəndaşlar üçün hətta həmin vətəndaşların içində azərbaycanlılar da var, bütövlükdə hər biri üçün hər şey edilir. Azərbaycan tərəfindən Rusiyaya heç vaxt təhdid olmayıb. Güman edirik ki, bundan sonra da olmayacaq. Yaddan çıxarmayaq ki, 2022-ci ilin fevralın 22-də Rusiyada Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti müttəfiqlik bəyannaməsini imzaladılar. Bundan sonra, bu iki ölkə hətta strateji tərəfdaşlar oldular. Mən elə başa düşürəm ki, əlavə həmin elementlərin işlənməsi, gündəmə gətirilməsi ikili münasibətlərin sağlam tərzdə inkişafına qulluq etmir. Bu, sırf Rusiya diplomatiyasının şıltağlığıdır”. 

Xəyal Ramiz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
"Əmək bazarında fundamental dəyişikliklər baş verir"
10:08 30.05.2025
Azərbaycan və Pakistan ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
09:30 30.05.2025
Rusiya Zaporojyedə hava hücumları həyata keçirdi
09:15 30.05.2025
Pakistan-Əfqanıstan sərhədində qanlı toqquşma baş verib
08:58 30.05.2025
Azərbaycan Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir
08:56 30.05.2025
HƏMAS ABŞ-ın atəşkəs planını rədd etdi: "Əsas tələblərimiz yerinə yetirilmir"
08:32 30.05.2025
Di Mariya doğma klubuna qayıtdı
08:21 30.05.2025
Baydenin əvəzinə ABŞ-ni kim idarə edib? - Hökumət araşdırma aparır
08:03 30.05.2025
Antonio Konte “Napoli” ilə yollarını davam etdirir
08:03 30.05.2025
Ceki Çana və Ralph Macchioya qara kəmər verildi
07:27 30.05.2025
Putin Kim Çenə nə vəd edib? Moskva-Pxenyan hərbi ittifaqı yeni mərhələdə
07:14 30.05.2025
Hamısı