Moskva və Vaşinqton arasındakı ziddiyyətlər post-müharibə dövrü problemlərinin həllinə əngəl törədir? Elman Nəsirovdan PƏRDƏARXASI MƏQAMLAR

Siyasət 15:15 11.05.2023
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında aparılan danışıqların nəticələrinə münasibət bildirib.
 
O qeyd edib ki, ABŞ Dövlət katibi Blinkenin Vaşinqtondakı danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilməsi ilə bağlı bəyanatları Azərbaycan və Ermənistan tərəfinin şərhləri ilə ziddiyyət təşkil edir. Belə ki, rəsmi Bakı və rəsmi İrəvan arasında əsas məsələlərdə fikir ayrılıqları qalmağa davam edir.  
 
Zaxarova onu da qeyd edib ki, Moskva iki ölkə arasındakı münasibətlərin normallaşması ilə bağlı vasitəçilik missiyasını davam etdirəcək. Məqsəd regionda sülhü təmin etməkdir. 
 
“Rəsmi Vaşinqton və Moskvanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesi istiqamətində gedən danışıqların nəticələri barədə bir-birinə zidd bəyanatları müsbət nəticə əldə etməyə mane olur”. 
 
Bu fikirləri ABŞ və Rusiyanın vasitəçilik səyləri ilə bağlı Ednews-a danışan Milli Məclisin deputatı Elman Nəsirov ifadə edib. O qeyd edib ki, Vaşinqtonda keçirilən görüşlərdə bəzi məsələlər barədə razılıq əldə olunub, lakin hələ də Ermənistanın Qarabağa ayrıca status iddiası var.
 
“Vaşinqton danışıqları zaman etibarilə uzun müddət davam etdi. ABŞ dövlət katibi Entoni Blinken danışıqların nəticələrilə bağlı səsləndirdiyi fikirlərdə prosesi marafonu bənzətmişdi - “finiş” xəttinə yaxınlaşdıqca iştirakçılar yorulurlar. Bu da təbii və labüddür. Bununla Blinken danışıqların sona yaxınlaşdığına, irəliləyişlərin olduğuna işarə edirdi. Eyni zamanda qeyd etdi ki, bəzi məsələlərdə razılığa gəlinsə də, bir sıra məqamlarda ortaq fikir əldə olunmayıb. Razışlaşmanın olmadığı fundamental məsələ Ermənistan işğal dövründə də olduğu kimi, o vaxtkı adı ilə desək, “Dağlıq Qarabağ”ın müstəqil dövlət kimi tanınması istəyidir. Amma bugünkü reallıqda onlar Azərbaycanın ərazi bütövüyünü tanıyır, hər nə qədər “Qarabağ Azərbaycandır” ifadəsini işlətməsələr də, bu belədir”. 
 
 
E.Nəsirov qeyd edib ki, Qarabağın erməni əhalisi azərbaycanlılarla eyni hüquq və azadlıqlara sahibdir və onların təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir:
 
“Azərbaycanın tərkibində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələlərini qabardıb, Azərbaycanın tərkibində erməni əhaliyə xüsusi status – muxtariyyət əldə etmək istəyirlər. Bu da qəbuledilməzdir, dövlətimizin mövqeyi bəllidir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, hər hansı statusdan söhbət gedə bilməz. Qarabağda yaşayan ermənilərin taleyi Azərbaycanın daxili işidir, onlar bütün hüquqlarla təmin ediləcəklər”. 
 
Deputat onu da bildirib ki, Rusiya XİN-nin mətbuat rəhbəri Mariya Zaxarovanın bəyanatları Moskva və Vaşinqton arasındakı ziddiyyətlər post-müharibə dövrü problemlərinin həllinə əngəl törədir: 
 
“Rəsmi Moskva Vaşinqton danışıqlarını və onun nəticələrini qısqanclıqla qarşılayır. Vaşinqton tərəfi də istəmir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məhz Rusiyanın vasitəçiliyilə baş versin. İndi Moskvaya elə gəlir ki, Vaşinqtonda keçirilmiş və Brüsseldə də baş tutacaq görüşlər Rusiyanı Cənubi  Qafqazdan sıxışdırıb çıxarmaq məqsədi güdür. Vaşinqton və Brüssel də əslində bunu gizlətmir. Nəticədə vasitəçilərin iştrakı həllini gözləyən məsələlərin tənzimlənməsini ləngidir”. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin vasitəçilik səylərilə bağlı rəsmi mövqeyini xatırladan deputat əlavə edib ki, ən ideal variant vasitəçilərin iştirakı olmadan aparılan Azərbaycan-Ermənistan danışıqlarıdır: 
 
“Bu reallığı nəzərə alan Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda qeyd etdi ki, ən ideal variant vasitəçilərin iştirakı olmadan aparılan Azərbaycan-Ermənistan danışıqlarıdır, əgər qarşı tərəf bunu qəbul edərsə. Vasitəçilər bu prosesə qoşulurlarsa, Qarabağın taleyi müzakirə predmeti olmamalıdır. Bu məsələ artıq həllini tapıb. Beynəlxalq tərəflər kömək etmək istəyirlərsə, normallaşma prosesinə kömək etsinlər. Əlavə nəyəsə ehtiyac yoxdur. Bu, dövlətimizin rəsmi mövqeyidir”. 
 
E.Nəsirov onu da qeyd edib ki, Ermənistan tərəfi hər zaman olduğu kimi Azərbaycanın siyasi sferada əldə edtiyi uğurları ilə barışa bilmir və buna kölgə salmağa cəhd edir:
 
“44 günlük Vətən müharibəsi dövründə Azərbaycan sübut etdi ki, öz ərazi bütövlüyünü və suverenliyini öz imkanları və siyasi iradəsi ilə qoruya bilmək iqtidarındadır. Lakin üç tarixi zəfərimiz xüsusi vurğulanmalıdır – ilk öncə torpaqlarımızın işğaldan azad edilməsi və 8 noyabr Zəfər Günü ilə bunun taclandırılması, ikincisi, Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması, üçüncüsü isə, Qarabağ və  Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Böyük Qayıdış planı. Artıq iki kəndə əhalinin köçürülməsi baş verib, daha 10 kəndin də bünövrəsi qoyuldu. Bunlar hamısı ölkəmizin tarixi əhəmiyyətli uğurlarıdır. Bunu da Ermənistan tərəfi hər zaman olduğu kimi həzm  edə bilmir və təxribatlara əl atır”.
 
 
Törə Zeynal
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
"Əmək bazarında fundamental dəyişikliklər baş verir"
10:08 30.05.2025
Azərbaycan və Pakistan ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
09:30 30.05.2025
Rusiya Zaporojyedə hava hücumları həyata keçirdi
09:15 30.05.2025
Pakistan-Əfqanıstan sərhədində qanlı toqquşma baş verib
08:58 30.05.2025
Azərbaycan Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir
08:56 30.05.2025
HƏMAS ABŞ-ın atəşkəs planını rədd etdi: "Əsas tələblərimiz yerinə yetirilmir"
08:32 30.05.2025
Di Mariya doğma klubuna qayıtdı
08:21 30.05.2025
Baydenin əvəzinə ABŞ-ni kim idarə edib? - Hökumət araşdırma aparır
08:03 30.05.2025
Antonio Konte “Napoli” ilə yollarını davam etdirir
08:03 30.05.2025
Ceki Çana və Ralph Macchioya qara kəmər verildi
07:27 30.05.2025
Putin Kim Çenə nə vəd edib? Moskva-Pxenyan hərbi ittifaqı yeni mərhələdə
07:14 30.05.2025
Hamısı