NATO-nun Baş Katibi Yens Stoltenberq təşkilatın Ukrayna müharibəsinə daxil olmayacağını bildirib.
Ednews xəbər verir ki, son vaxtlarda NATO qoşunlarının Rusiya ordusuna qarşı cəbhədə mübarizə aparması ilə bağlı iddialar irəli sürülüb.
Stoltenberq bu iddiaları aradan qaldırmaq üçün NATO-nun münaqişədən kənar qalacağı barədə təminat verib. O, bildirib ki, Rusiya Avropa üçün təhlükə yaratsa, bu zaman NATO Rusiyaya qarşı əks-hücum əməliyyatları həyata keçirəcək.
Fərid