Rusiya ölkədə rus dilinə göstərdiyi diqqətə və bu dilin tədris olunduğu məktəblərin işinə görə Azərbaycana minnətdardır.
Ednews xəbər verir ki, bu barədə Vladimir Putin Bakıda Prezident İlham Əliyevlə məhdud tərkibdə görüşü zamanı deyib.
Kremlin sahibi xatırladıb ki, respublikada 300 rusdilli məktəb, eləcə də Rusiyanın aparıcı ali məktəblərinin filialları fəaliyyət göstərir.