Fransanın ultrasağçı Milli Birlik Partiyasının liderləri Marin Le Pen və Jordan Bardella avqustun 26-da Yelisey sarayında Prezident Emmanuel Makronla görüşəcək.
Ednews xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Qeyd olunub ki, Le Pen və Milli Birlik Partiyasının Fransa baş nazirliyinə namizəd kimi irəli sürdüyü Bardella yeni hökumət başçısının təyinatı üzrə məsləhətləşmələr çərçivəsində Makronla görüşəcək.
Məlumata görə, məsləhətləşmələr avqustun 23-də başlayacaq, Fransa Prezidenti əvvəlcə solçu “Yeni Xalq Cəbhəsi” blokunun nümayəndələrini və onların baş nazir postuna namizədi Lüsi Kastetsi qəbul edəcək.