Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Qəbələ" yoxlama oyunu keçirəcək.
Ednews xəbər verir ki, bunu Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.
"Qırmızı-qaralar" martın 25-də Bakıda "Neftçi" ilə qarşılaşacaq. “Neftçi”nin təlim-məşq bazasının stadionunda keçiriləcək görüşün saatı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, "Qəbələ" 27 turdan sonra 36 xalla 5-ci, "Neftçi" isə 56 xalla 3-cü pillədə qərarlaşıb.