DİN-dən Türkandakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA

DİN Xəzər rayonu Türkan qəsəbəsində yaşayan Ataxan İbrahimovun ailə münaqişəsi zəminində atası I qrup əlil  Şəmsəddin İbrahimovu döyərək xəsarət yetirməsi ilə bağlı  iddialara münasibət bildirib. 

Yayılan xəbərə cavab olaraq DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Ednews-a bildirib ki, hadisə ilə bağlı müvafiq polis orqanında araşdırma aparılıb.  

Qeyd edilib ki, tərəflər polis orqanına dəvət olunaraq izahatları alınıb. Araşdırılmalarla görüntülərin 4 ay öncə qeydə alındığı məlum olub.

Şəmsəddin İbrahimov izahatında oğlu tərəfindən döyülmədiyini, ərazidə yerləşən istixanada çalışarkən yıxılaraq xəsarət aldığını bildirib.    

Araşdırmalar davam etdirilir.