Şimali Koreya "Haeil-5-23" sualtı nüvə silahı sistemini sınaqdan keçirib.
Ednews xəbər verir ki, bu barədə dövlətin xəbər agentliyi "KCNA" məlumat verib.
Pxenyan bildirib ki, sınaq ABŞ, Cənubi Koreya və Yaponiya tərəfindən keçirilən son hərbi təlimlərə cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, bu həftənin əvvəlində üç ölkə Şimali Koreya ilə artan gərginlik fonunda Cənubi Koreyanın Ceju adasının sularında dəniz təlimləri keçirib.
Əkbər