Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı sözləri səhv anlaşılıb.
Ednews xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Əgər kimsə iddia edirsə ki, baş nazir Ermənistanın KTMT-dən çıxdığını deyib, o yanılır", - Mirzoyan Milli Assambleyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Paşinyan bildirib ki, Yerevan təşkilatdan nə vaxt çıxacağına qərar verəcək və sonra geri qayıtmayacaq: "Bu deyilib, nə az, nə çox".
Xatırladaq ki, söhbət Paşinyanın iyunun 12-də parlamentdə hökumət saatı zamanı KTMT ilə bağlı dediyi sözlərdən gedir.
"Çıxacağıq. Nə vaxt çıxacağımıza qərar verəcəyik. Bəs sizcə, növbəti addım nə olmalıdır?", - baş nazir bildirib.
O, KTMT-ni "köpük ittifaqı" adlandırıb. Deyib ki, onun üzvləri Azərbaycanla birlikdə Ermənistana qarşı müharibə planlaşdırıb.
Paşinyan onu da əlavə edib ki, Yerevan təşkilatdan çıxanda geri qayıtmayacaq: "Başqa yol yoxdur".
Əkbər Novruz