Parisdə Cənubi Sudan Gənclər və İdman siyasəti üzrə nazir müavininin içində 35 min dollar olan çantası oğurlanıb.
Ednews Fransa KİV-ə istinadən xəbər verir ki, hadisə Villjuif qəsəbəsindəki mehmanxanada baş verib.
Rəsmilər çantanı otelin lobbisindəki masaların birində nəzarətsiz qoyublar. O, anda otaqda olan əməkdaşlar heç nə görmədiklərini bildiriblər. Çantada həmçinin zərgərlik məmulatları, zərərçəkmişin sənədləri, mobil telefonu və müxtəlif olimpiya obyektlərinə giriş icazələri olub.
Çanta Paris yaxınlığındakı Massi qəsəbəsində polis tərəfindən tapılıb, lakin içindəki pul və zərgərlik məmulatları yoxa çıxıb.
Əkbər