İstanbulda Bakı vaxtı ilə 11:00-da Rusiya və ABŞ nümayəndə heyətləri arasında iki ölkə əlaqələrinin normallaşdırılmasını müzakirə etmək üçün aparılan danışıqların ikinci raundu başlayıb.
“EDnews” xəbər verir ki, danışıqlar qapalı formatda keçirilir.
Məlumat üçün əlavə edək ki, əvvəlki Rusiya-ABŞ məsləhətləşmələri də fevralın 27-də İstanbulda keçirilmişdi.