Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
EDnews xarici mediaya istinadən xəbər verir ki,görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri də müzakirə olunub.
Si Cinpin görüş zamanı Çin və Belarus arasında münasibətlərin tarixi zirvə nöqtəsini yaşadığını bildirib.
Çin liderinin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib və strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyub.







