Azərbaycanda bu ilin ilk dörd ayında dövlət büdcəsinə daxil olan vergi vəsaitlərinin həcmi açıqlanıb.
EDnews xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 6 milyard manatdan çox vəsait daxil olub.
Məlumata görə, daxilolmaların 5 milyard 360,3 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çoxdur.
Qeyd edək ki, cari il üzrə Dövlət Vergi Xidmətinin dövlət büdcəsinə ümumilikdə 16,91 milyard manat vəsait köçürməsi nəzərdə tutulub.
Rəsmi məlumatlarda qeyri-neft sektorundan daxilolmaların artmasının iqtisadi fəallığın yüksəlməsi ilə əlaqəli olduğu vurğulanır.







