Yəməndə yerləşən husilər Qırmızı dənizdə indiyədək ən böyük pilotsuz təyyarə və raket hücumlarından birini həyata keçirib və hücum zamanı insan itkisi olmayıb.
Ednews euronews-a istinadən xəbər verir ki, Qırmızı dənizdəki ABŞ və İngiltərə hərbi gəmiləri dəniz ticarət yolunu hədəf alan hücum çərçivəsində 21 İHA və raketi məhv etdiklərini açıqlayıb.
Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib ki, bugünkü hücum dalğası Husilərin bu günə qədər bölgədə həyata keçirdiyi ən böyük hücumdur.
Husilər vaxtaşırı İsrailə raket zərbələri endirirlər.
Yəmənli üsyançıların hücumları dünya dəniz nəqliyyatının təxminən 15 faizini təşkil edən Avropa və Asiya arasında bu əsas marşrutda beynəlxalq ticarəti ciddi şəkildə pozur.
Xəyal Ramiz