Yəməndə İranın dəstəklədiyi Husilər Qırmızı dəniz və Fars körfəzində 3 gəmini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurublar.
Ednews "NTV Haber"ə istinadən xəbər verir ki, bu barədə "Əl-Mesira" telekanalına danışan Hərbi sözçü Yəhya Seri deyib.
Seri Qırmızı dənizdəki əməliyyatlar zamanı iki gəminin hədəf alındığını, "Roza" və "Vantage Dream" adlı gəmilərin də işğal altındakı Fələstin limanlarına giriş qadağanı qərarını pozan şirkətlərə aid olduğunu iddia edib.
Hərbi sözçü Qırmızı dənizdə hədəf alınan gəmilərin PUA və raketlərlə vurulduğunu bildirsə də, gəmilərin kimə aid olduğu barədə məlumat verməyib.
Üçüncü əməliyyatın Fars körfəzinin şərqində həyata keçirildiyini bildirən Seri “Maersk Seletar” adlı Amerika gəmisinin İHA-lar tərəfindən vurulduğunu bildirib.
Seri husilərə bağlı hərbi qüvvələrin Qəzza zolağına hücumlar dayandırılana və blokada qaldırılana qədər Fələstin xalqına dəstək olmaq üçün hərbi əməliyyatlarını davam etdirəcəyini vurğulayıb.
Məsələ ilə bağlı ABŞ və İsraildən hələlik heç bir açıqlama verilməyib.
Mikayıl