Dünən İsrail Parlamenti BMT-nin Fələstin Qaçqınları ilə bağlı agentliyinin (UNRWA) İsraildəki fəaliyyətinə qadağa qoyan qanun qəbul edib. Gün içində İsrail Silahlı Qüvvələrinin Şimali Qəzzaya girdiyini nəzərə alsaq, hazırda 100 minə yaxın fələstinli Qəzzanın 3 rayonunda İsrailin blokadası altında, köməksiz vəziyyətdə qalıb. İçində “HƏMAS” silahlılarının aşkar olunduğunu iddia edən İsrail ordusu Cabaliya xəstəxanasını da bağlayıb ki, bu da Fələstinli yaralıların vəziyyətini olduqca çətinləşdirib.
Bu qanunun qəbul olunmağı beynəlxalq arenada da ciddi narahatlığa səbəb olub. İsrailin müttəfiqi olan ABŞ və Aİ ölkələri belə bu addımın nəticələri barədə Rəsmi Təl-Əvivi xəbərdar edib.
EDnews