Azərbaycanda İslam Bankçılığı yaradıla bilər? – Maliyyə eksperti açıqlayır

İqtisadiyyat 14:30 28.02.2024

Azərbaycanda İslam Bankçılığı yaradılması haqqında təkliflər irəli sürülüb. İslam Bankçılığı Mərkəzi Bank tərəfindən qəbul olunub və bir çox banklarda sınaqdan keçirilməyə hazırdır.

Bəs ölkədə islam şərtləri ilə bankçılıq sistemi yaradıla bilər?

Mövzu ilə bağlı Ednews-a danışan maliyyə eksperti Ruslan Atakşiyev İslam Bankçılıq sisteminin əhali arasında ciddi şəkildə maraq yaratdığını bildirib:

“Qeyd edim ki, 2022-ci ildə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycanda İslam Əməkdaşlığının həyata keçirilməsi ilə bağlı tədqiqatlar aparıb və məlum olub ki, əhalinin 26%-i banklar islam şərtləri ilə fəaliyyət göstərmir deyə onlarla işləmirlər. Araşdırmaya görə, əhalinin 82%-i banklarla İslam bankçılığı şəraitində fəaliyyət göstərməyə maraqlıdır.
2024-cü ilin yanvar ayında Mərkəzi Bank tərəfindən Azərbaycanda Maliyyə sektorunun inkişafı üzrə dövlət proqramı qəbul edilib. Bu proqramda qeyd olunur ki, hazırda islam maliyyə alətləri ilə ölkə banklarında xüsusi rejimdə islam şərtləri ilə fəaliyyət mümkündür. Elə yanvar ayında da Mərkəzi Bank tərəfindən bankların xüsusi rejimdə fəaliyyəti haqqında qayda təsdiq edilib. Beləcə, Mərkəzi Bankın dəstəyi ilə banklar bu qaydalardan istifadə edərək işləyə biləcəklər. Məsələ ondan ibarətdir ki, artıq Azərbaycanda bankları islam qaydaları ilə bağlı öz təkliflərini Mərkəzi Banka veriblər.

Mərkəzi Bank bu təklifləri qəbul etdikdən sonra onları sınaqdan keçirəcək”.

Qərb dövlətləri də daxil olmaqla dünyada İslam Bankçılığına münasibət müsbətdir:

“Qeyd edim ki, bu sistem Azərbaycanda sosial-iqtisadi vəziyyətə tamamilə uyğundur. Bu sistem Türkiyə, İndoneziya və Malaziya kimi ölkələrdə istifadə olunur. Bu gün dünyanın 136 ölkəsində bu sistemlə işləyir. Bu sistem ənənəvi bankçılıqla da paralel şəkildə işləyə bilir. Ümumi dünya bankalarının onun 7%-i İslam Bankçılığına aiddir. Misal üçün, Malaziyada maliyyə bazarının 18%-i bu sistemlə idarə olunur. Böyük Britaniyada bu sistemlə fəaliyyət göstərən 10 bank mövcuddur”.

Ekspert qeyd edib ki, İslam Bankçılığı Azərbaycandakı bankların iş prinsipinə zidd deyil:

“Banklar yenə də kreditlərdən və digər maliyyə fəaliyyətlərində qazanc əldə edə biləcəklər. Bu, bankların iş prinsipinə heç də mənfi təsir göstərmir. Faizin olmaması heç də o demək deyil ki, verilən borclar olduğu kimi qaytarılsın. Sadəcə olaraq, banklar bu sistemlə gəlirdən fayda əldə edəcəklər. Banklar müştərilərin mənfəətindən pay alacaqlar. Bunu da qeyd edim ki, İslam Bankçılığının bir çox sayda aləti var ki, bu da insanlara müxtəlif imkanlar yaradır”.

Fərid

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
"Əmək bazarında fundamental dəyişikliklər baş verir"
10:08 30.05.2025
Azərbaycan və Pakistan ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
09:30 30.05.2025
Rusiya Zaporojyedə hava hücumları həyata keçirdi
09:15 30.05.2025
Pakistan-Əfqanıstan sərhədində qanlı toqquşma baş verib
08:58 30.05.2025
Azərbaycan Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir
08:56 30.05.2025
HƏMAS ABŞ-ın atəşkəs planını rədd etdi: "Əsas tələblərimiz yerinə yetirilmir"
08:32 30.05.2025
Di Mariya doğma klubuna qayıtdı
08:21 30.05.2025
Baydenin əvəzinə ABŞ-ni kim idarə edib? - Hökumət araşdırma aparır
08:03 30.05.2025
Antonio Konte “Napoli” ilə yollarını davam etdirir
08:03 30.05.2025
Ceki Çana və Ralph Macchioya qara kəmər verildi
07:27 30.05.2025
Putin Kim Çenə nə vəd edib? Moskva-Pxenyan hərbi ittifaqı yeni mərhələdə
07:14 30.05.2025
Hamısı