Martın 26-da paytaxtın Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynov yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Bu barədə Ednews-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.