Yay mövsümündə insanlar əsasən istirahətə üstünlük verir. Xüsusilə də insanların üz tutduğu məkanlardan biri də dəniz kənarıdır. Bu vaxt insanlarda dəniz kənarında nə yeyə bilərik kimi suallar yaranır.
Bəs bu hallarda özümüzü qida zəhərlənmələrindən necə qoruyaq?
Ednews-a açıqlamasında Qida Məsələləri üzrə mütəxəssis Ağa Salamov qeyd edib ki, dəniz kənarına bəzən isti qidalar aparırlar.
“Ət, toyuq, balıq, tərkibində mayonez olan riskli qidaları dəniz kənarına aparmaq məsləhət görülmür. Bu zaman zəhərlənmə baş verir. Bir çox maşın soyuducu ilə təchiz olunmur. Bu halda havanın istiliyi qidanı çirklənməyə məruz qoyur. Belə olduqda qida zəhərlənməsi baş verir”.
Qida mütəxəssisi deyir ki, dəniz kənarında sağlam qidalanmaq üçün mayonez əvəzinə zeytun yağından, mövsümü tərəvəzlərdən hazırlanmış salatlara üstünlük verilməlidir.
“Meyvə və qarpız sezonu artıq başlayıb. Qarpız, yemiş, pendir bu kimi məhsullara üstünlük vermələri daha məqsədəuyğundur. Dəniz kənarında ictimai iaşə müəssəsi varsa təbii ki, ordan qida alıb yeyə bilərlər. Ən azından ictimai iaşə obyektləri soyuducu ilə təchiz olunub. Saxlanma şəraiti də var”.
Aynurə İsmayıl