“Barselona” “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keynin transferi ilə bağlı ilkin addımlar atıb.
EDnews “Daily Mail”ə istinadən xəbər verir ki, “Barselona” “Bavariya”nın hücumçusu Harri Keyni transfer etmək niyyətindədir.
Məlumata görə, Kataloniya klubu potensial transfer imkanlarını müzakirə etmək üçün 32 yaşlı futbolçunun yaxın ətrafı ilə əlaqə saxlayıb.
Bununla belə, Harri Keynin hazırda Almaniyada özünü rahat hiss etdiyi bildirilir.
Hücumçunun “Bavariya” ilə mümkün müqavilə uzadılması üzərində işlədiyi də qeyd olunur.
Keyn son olaraq İngiltərə millisinin heyətində 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Panamaya qarşı oyunda fərqlənib.
Qarşılaşmada hesabı 62-ci dəqiqədə Cud Bellinqem açıb.
67-ci dəqiqədə isə Harri Keyn fərqlənərək hesabı 2:0 edib.
Bu qol Keynin dünya çempionatlarında vurduğu 11-ci qol olub.
Bununla da hücumçu İngiltərə millisinin dünya çempionatları tarixində ən məhsuldar futbolçusu adına sahib çıxıb.
Keyn mundiallar tarixinin bombardirləri siyahısında Macarıstan futbolçusu Şandor Koçiş və Almaniya millisinin sabiq hücumçusu Yurgen Klinsmann ilə birlikdə səkkizinci yeri bölüşür.
Panama üzərində qələbədən sonra İngiltərə millisi 7 xalla qrup lideri kimi 1/8 final mərhələsinə yüksəlib.







