İsrailin müdafiə naziri İsrail Kats İran tərəfindən ölkə ərazisinə raket zərbələri endiriləcəyi təqdirdə hərbi əməliyyatların qısa müddətdə bərpa oluna biləcəyini bildirib.
EDnews xəbər verir ki, jurnalistlərə açıqlama verən nazirin sözlərinə görə, İsrail ilə İran arasında müharibənin yenidən başlanması iki ssenari əsasında mümkün ola bilər.
Birinci ssenari ABŞ Prezidenti Donald Trampın Tehranla aparılan danışıqları nəticəsiz və tükənmiş hesab etməsi, ikinci ssenari isə İranın İsrail ərazisinə raket zərbələri endirməsidir.
"Əgər İran İsrailə raket zərbələri endirsə və ya ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqların nəticəsiz qaldığı qənaətinə gəlsə, hərbi əməliyyatlar elə sabah bərpa oluna bilər", - deyə İsrael Kats vurğulayıb.







