İran Xarici İşlər Nazirliyi yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqların aparılmayacağını açıqlayıb.
EDnews xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlamasında bildirib.
Qeyd olunub ki, hazırkı mərhələdə Vaşinqtonla hər hansı bir formatda danışıqların keçirilməsi gündəmdə deyil.
XİN nümayəndəsinin sözlərinə görə, İranın mövqeyi aydındır və yaxın günlərdə ABŞ tərəfi ilə nə birbaşa, nə də dolayı təmasların baş tutması planlaşdırılır.
Rəsmi Tehran bundan əvvəl də ABŞ ilə danışıqların gələcəyinin qarşılıqlı addımlardan və regional vəziyyətdən asılı olacağını bəyan etmişdi.







