Zəhra Quliyeva yeniyetmələr arasında Avropa çempionu olub.
EDnews xəbər verir ki, Azərbaycan cüdoçusu Zəhra Quliyeva yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.
İspaniyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında çıxış edən idmançı final görüşündə Macarıstan təmsilçisi Nora Pirbus-Qrofa ilə qarşılaşıb.
Z.Quliyeva rəqibini tam üstünlüklə məğlub edərək qitə birinciliyinin qızıl medalına sahib çıxıb.
Beləliklə, Azərbaycan cüdoçusu nüfuzlu turniri çempion kimi başa vurub.







