Rusiyanın İjevsk şəhərində yanacaqdoldurma məntəqəsində növbə üstündə sürücülər arasında dava baş verib.
EDnews xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə iki nəfərin benzin növbəsində mübahisə etdikdən sonra əlbəyaxa olduğu əks olunub.
Hadisənin Rusiyanın bir sıra bölgələrində müşahidə olunan yanacaq qıtlığı və uzun növbələr fonunda baş verdiyi bildirilir.
Məlumata görə, son günlər ölkənin müxtəlif regionlarında yanacağın satışına müəyyən məhdudiyyətlər tətbiq olunub. Bəzi yanacaqdoldurma məntəqələrində isə uzun növbələrin yarandığı qeyd edilir.
Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlama vermədiyi bildirilir.







