Xalq artisti Emin Ağalarov Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində qələbə qazanan rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedovla görüşüb.
EDnews xəbər verir ki, Maqomedov turnirdə braziliyalı Mişel Pereyranı məğlub edərək növbəti qələbəsini qazanıb.
Məlumata görə, döyüşdən sonra oktaqonda Emin Ağalarovdan ev istəyən idmançı bu dəfə sənətçidən bahalı saat hədiyyəsi alıb.
Onların görüşü sosial şəbəkələrdə maraqla qarşılanıb.







