Bakının Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəb sökülərək yenidən inşa ediləcək.
EDnews xəbər verir ki, bununla bağlı müvafiq prosedura başlanılıb.
Layihə çərçivəsində 624 şagird yerlik yeni məktəb binasının tikintisinin əlavə işləri görüləcək və təhsil müəssisəsi mebel avadanlıqları ilə təchiz olunacaq.
Bu məqsədlə 938 min 755 manat vəsaitin xərclənməsi proqnozlaşdırılır.







