Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibənin dayandırılması ilə bağlı irəli sürülən bütün təklifləri rədd etdiyini bildirib.
EDnews xəbər verir ki,"Biz müharibəni bitirmək üçün bütün təklifləri irəli sürdük, lakin Rusiya hər dəfə onları rədd etdi", – deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, Moskva dünən verdiyi bəyanatlarla müharibəni davam etdirmək niyyətini bir daha açıq şəkildə nümayiş etdirib.
Zelenski həmçinin iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin daha bir milyon əsgəri cəbhəyə göndərməyi planlaşdırır və hələ hərbi xidmətə çağırılmayan Rusiya vətəndaşlarını bunun nəticələri barədə düşünməyə çağırıb.







